Qubada 16 yaşlı oğlan intihar etdi

qubada-16-yasli-oglan-intihar-etdi
Oxunma sayı: 3227

Qubada yeniyetmə oğlan intihar edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Rustov kənd sakini – 2004-cü il təvəllüdlü Ülvi Rüfət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevin həyət evində özünü asıb.

Məlumata görə, intihar edən yeniyetmə Hacağalar kənd sakinidir. O, Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu