Qubada 20 yaşlı gənc bıçaqlanıb

qubada-20-yasli-genc-bicaqlanib
Oxunma sayı: 1580

Qubanın Bağbanlı kəndində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü kənd sakini Əliyev Mahir Zahir oğlu Bağbanlı yolunun kənarında yerləşən marketin qarşısında bıçaqlanıb.

Yerli sakin bud və boğaz nahiyələrindən 2 bıçaq zərbəsi alıb. Ona xəsarət yetirən şəxsin kimliyi hələ ki, məlum deyil.

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Mahir Əliyev əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib.