Qubada 66 yaşlı kişi süni göldə batdı

qubada-66-yasli-kisi-suni-golde-batdi
Oxunma sayı: 2055

Quba rayonunun Vəlvələ kəndində 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlu süni göldə batıb. 

Fövqəladə Halalr Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb.

S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri