Qubada da əkin sahələri yanır - Video

qubada-da-ekin-saheleri-yanir
Oxunma sayı: 1430

Bu gün Quba rayonunda da biçilməmiş taxıl sahəsində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, rayon avtovağzalının yaxınlığında biçilməmiş əkin sahəsində yanğın başlayıb. Hazırda əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, bu gün Xaçmaz və Siyəzən rayonlarında da taxıl sahələri yanıb.

Emin Gülağaoğlu