Qubada dəhşətli qəza - 3 nəfər öldü

qubada-dehsetli-qeza
Oxunma sayı: 3645

 

Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Qubanın Barlı kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı "90 VP 410" dövlət qeydiyyat nişanlı avtomobil çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər dünyasını dəyişib. Ölənlərin Quba sakinləri olduğu bildirilir.

***
Hadisə yerinə Quba rayon prokuroru Valeh Səmədov və Quba rayon Polis İdarəsinin rəisi Telman Ağasiyev də gəlib.