“Azərişıq”ASC Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi Quba Elektrik Şəbəkəsi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq 35/6 kV-luq Quba yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Quba şəhərinin Cəfər Cabbarlı və Tofiq Əhmədov küçələri, Qırmızı Qəsəbə, Gənclər və Bazar əraziləri, Mirzəməmməd və Atuc kəndlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, hazırda Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan Sumqayıt, Xacmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı Elektrik şəbəkələrində geniş miqyaslı yenidənqurma işləri aparılır. 35/10-6 kV-luq yarımstansiyalar inşa edilirək 58,15 km 2 və 1 dövrəli hava elektrik verilişi xətləri çəkilib, 81 ədəd transformator təmir olunub, 165 ədəd 10/6-0,4 kV-luq KTM quraşdırılıb, 17 926 ədəd dəmir-beton dayaq basdırılıb. 646, 435 km uzunluğunda müxtəlif tipli elektrik verilişi xətləri çəkilib.
Regionda 9055 ədəd yeni tipli sayğac quraşdırılaraq istifadəyə verilib. 8641 ədəd dəmir-beton dayaq rənglənərək normal hala gətirilib. Görülən işlər istehlakçiların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatında böyük dönüş yaradıb.
Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyətinin kommutasiya dövrələri sazlanaraq mühafizələri yüksək həddə çatdırılıb.
Son xəbərlər
Son Xəbərlər