Qubada maşın dərədən aşdı, sürücü öldü - Foto

qubada-masin-dereden-asdi-surucu-oldu
Oxunma sayı: 2021

Qubada "Niva" markalı avtomobil aşıb, sürücü ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Qaraçay kəndində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü, Qalib Əzməmməd oğlu Əsgərov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirərək qayadan Qaraçay çayının yatağına aşıb.

Qəza nəticəsində, Q.Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu