Qubada maşın piyadanı vurub öldürdü

Qubada maşın piyadanı vurub öldürdü
Oxunma sayı: 1461

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xucbala kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat vasitəsi yoldan keçən piyadanı vuraraq öldürüb. Onun şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.