Qubada məktəbdə yanğın, şagirdlər təxliyyə edildi - Fotolar+Video

qubada-mektebde-yangin-sagirdler-texliyye-edildi
Oxunma sayı: 2439

Qubada məktəb yanıb. Rayon Təhsil Şöbəsindən "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, bu gün Quba rayonunun Tülər kənd ümumi orta məktəbinin çardağında 14:15 radələrində yanğın hadisəsi baş verib.

Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub. Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbiində tədrisə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.

Emin Gülağa oğlu