Qubada meteoroloji dopler radar quraşdırıldı - Fotolar

qubada-meteoroloji-dopler-radar-qurasdirildi
Oxunma sayı: 3286

Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

O  bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq.

“Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub - şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - N. Mahmudov vurğulayıb.

Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.