Qubada obyektə girən cüyürü it yaraladı - Foto

qubada-obyekte-giren-cuyuru-it-yaraladi
Oxunma sayı: 3416

Qəçrəş meşəsində turizm obyektinə cüyür girib. 

“Qafqazinfo” xəbər verir ki, itin cüyürə hücum etdiyini görən obyekt sahibi hadisəyə müdaxilə edib. İt cüyürün ön və arxa ayağını dişləyib. 

Daha sonra hadisə yerinə polis və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. 

Yaralı cüyür ekologiya idarəsinin Xızıdakı reabilitasiya mərkəzinə aparılıb.

Emin Kərimov