Qubada sel 2 körpünü apardı

qubada-sel-2-korpunu-apardi
Oxunma sayı: 1712

Qubanın Xanagah kəndində sel iki körpünü aparıb. “Qafqazinfo” xəbər verir ki, çay kəndin içindən keçdiyi üçün sakinlərin kəndin bir hissəsinə girişi məhdudlaşıb.

Quba Rayon İcra Hakimiyyəti hadisə yerinə ağır texnika göndərib. İcra nümayəndəsi Behbut Rəhimovun sözlərinə görə, dünəndən başlayan güclü leysan nəticəsində cağacıq çayına güclü sel gəlib:

“Hazırda İcra Hakimiyyəti tərəfindən göndərilmiş texnika ərazidə işləyir. Körpülərdən biri təmir edilib, digəri isə təmir olunur. Sel dayandıqdan sonra həmin körpülər vətəndaşların istifadəsinə veriləcək”.

Qeyd edək ki, rayonda yağış hələ də yağmağa davam edir.