Qubada sel avtomobilləri apardı - Video

qubada-sel-avtomobilleri-apardi
Oxunma sayı: 6044

 

Qubada güclü yağış selə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Vəlvələçayda suyun səviyyəsi qalxdığından sürücülərə çətinliklər yaranıb.  Belə ki, “Niva” markalı avtomobil çayda batıb. Talış kənd sakini olan sürücü Tural Məmmədov suyun səviyyəsinin qalxdığını gördüyündən maşınını tərk etməli olub.

Bundan başqa, “UAZ” markalı avtomobili də sel suları aparıb. Yerfi kənd sakini olan sürücü Qabil Məməsiyev xəsarət almasa da, avtomobili yararsız hala düşüb.

Emin Gülağaoğlu