Qubada sel mal-qaranı apardı - Fotolar+Video

qubada-sel-mal-qarani-apardi
Oxunma sayı: 5529

Qubada leysan yağışlar nəticəsində dağ çaylarında əmələ gələn daşqınlar yol infrakstukturuna ziyan vurub.

"Qafqazinfo" xəbər verir ki, mövcud fəsadların aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb. Sel əsasən Qudyalçay, Qaraçay, Ağçay, Cağacuqaçay və Vəlvələ çaylarının  keçdiyi ərazilərdə daha çox dağıntılara səbəb olub.

Qubanın Birinci Nügədi və İkinci Nügədi kəndlərini birləşdirən körpüdə təhlükə yaranıb. Sel kənd sakinlərinin mal-qarasını aparıb. Bundan başqa istirahət mərkəzinin ərazidə olan "besetka"larını yuyub aparıb. Sel körpülərin girişində odun yığaraq məcrasını dəyişib.

Daşqınlar Qubanın Buduq, Dalıqaya, Pirüstü, Söhüb, Çiçi Xaltan,  Bostankeş, Qalaxudat və Yerfi kəndlərinə ziyan vurub. Hazırda kənd sakinlərinə dəyən ziyan araşdırılır. Hadisə yeri Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev gəlib.

Dəyən ziyan araşdırılır. Əraziyə texnikalar göndərilib. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlər görülür. 

Emin Gülağaoğlu