Qubada sel nəticəsində bağlanan yol açılıb - Fotolar

qubada-sel-neticesinde-baglanan-yol-acilib
Oxunma sayı: 1123

Quba rayonu ərazisində Ağçay üzərində yerləşən körpünün aşması nəticəsində bağlanan Tülər kəndinə gedən yol açılıb.

Qafqazinfo” Repost-a istinadən xəbər verir ki, “Azəravtoyol” ASC-nin əməkdaşları əraziyə gələrək, yola suötürücü borular quraşdırıb.

Rayonun icra nümayəndəsi Oktay İsayev açıqlamasında bildirib ki, hər il may ayında çaya sel gəlir və bu, fəsadsız ötüşmür: "Hazırda kəndə gəliş-gediş asandlaşdırılıb. Çayın üzərində müasir körpünün tikintisi üçün müvafiq qurumlara xəbərdarlıq edilib".

Qeyd edək ki, dünən Quba ərazisindən keçən Ağçay üzərində yerləşən körpünü sel aparıb.