Quba rayonunun Vəlvələ kəndində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 800 kvadrat metr olan fəaliyyət göstərməyən soyuducu anbarın sendvic paneldən ibarət üzlüyü və içərisində kabellər 240 kvadrat metr sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər