Qubada süni göldə batan 12 yaşlı uşağın meyiti tapıldı

qubada-suni-golde-batan-12-yasli-usagin-meyiti-tapildi
Oxunma sayı: 2040

Ötən gün Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.