Qubada tövlədə yanğın - Video

qubada-tovlede-yangin
Oxunma sayı: 1871

Qubanın Rustov İnzibati Ərazi Dairəsində olan Püstəqasım kəndində yaşayış evinə yaxın tövlə və samanlıq yanır. 

"Qafqazinfo" xəbər verir ki, yanğının elektrik naqillərində baş vermiş qısaqapanmadan baş verdiyi ehtimal olunur. 

Yanğın nəticəsində kənd sakini Nizami Abdullayevə məxsus 100 bağlama saman və 200 bağlama ot yanıb.

Yanğın yerinə Quba Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu