Qubada yük maşını aşdı, yol bağlandı - Fotolar + Video + Yenilənib

Qubada yük maşını aşdı, yol bağlandı
Oxunma sayı: 2597

Quba rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya vətəndaşına məxsus alma daşıyan TIR yolun dairəvi hissəsinə çıxıb. Xəsarət alan sürücü Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev və polis gəlib.

Avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

***

Yolda hərəkət bərpa edilib. 

Emin Gülağa oğlu




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi