Qubada zəlzələ oldu

qubada-zelzele-oldu
Oxunma sayı: 2704

Mayın 18-də Xınalıq seysmoloji stansiyasından 14 kilometr şərqdə - Quba rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, yerli vaxtla saat 15:28-də qeydə alınan zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.3-ə bərabər olan zəlzələ hiss olunmayıb.