Qubada zəncirvari qəza - Fotolar

qubada-zencirvari-qeza
Oxunma sayı: 2044

Quba şəhərində 4 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

"Naz Lifan" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "Vaz-21015" markalı maşını vurub. "Vaz-21015" isə qarşıda dayanan "Vaz-21014" və "Chevrolet" markalı nəqliyyat vasitələri ilə toqquşub. 

Qəza nəticəsində "Naz Lifan"ın sürücüsü xəsarət alıb. Nəqliyyat vasitələrinə isə ciddi ziyan dəyib. Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu