Qubadakı yanğınla bağlı rəsmi məlumat

qubadaki-yanginla-bagli-resmi-melumat
Oxunma sayı: 1074

Fövqəladə Hallar Nazirliyi Qubada baş verən yanğınla bağlı məlumat yayıb.

“Qafqazinfo”nun nazirliyə istinadən məlumatına görə, Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanıb. 

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.