Qubadlı sakini Cəbrayılda saxlanıldı

qubadli-sakini-cebrayilda-saxlanildi
Oxunma sayı: 4778

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. 

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, hadisə noyabrın 15-də saat 17 radələrində qeydə alınıb. 

Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb. R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.