Qubadlı sakini Mehriban Əliyevaya kəlağayı bağışladı - Video

qubadli-sakini-mehriban-eliyevaya-kelagayi-bagisladi
Oxunma sayı: 2831

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Mehriban Əliyeva sakinlərlə söhbət edib.

Ata-baba yurdlarına geri dönən sakinlər torpaqlarımızın işğaldan azad olunmasına görə minnətdarlıqlarını bildiriblər. Qubadlı sakini öz hazırladığı əl işindən ibarət kəlağayını birinci xanıma təqdim edib.