“Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu

qubadlinin-azad-olunmasina-gore-medali-ile-teltif-olundu
Oxunma sayı: 2816

Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında əsgər İbrahimov Tahir Etibar oğlu da var.

"Qafqazinfo" xəbər verir ki, o, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, Tahir İbrahimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın oğludur.