Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, onlar rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyduqlarına görə tutulublar.
Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər