Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.
İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır.
Əlavə məlumat veriləcək.
***
Qubanın Çiçi kəndindəki yanğın lokallaşdırılıb.
Əraziyə bir neçə rayonun yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Siyəzəndən başlayan yanğın Şabran rayonu ərazisini və Quba rayonunu əhatə edib. Quba rayonu Çiçi kəndi ərazisində olan meşə-kolluq, biçilmiş əkin sahələri yanmağa başlayıb. Yanğının söndürülməsi üçün helekopterlər, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının yanğınsöndürmə briqadaları və canlı qüvvələri cəlb edilib.
Əraziyə Quba FHK-nın sədri Aydəmir Manafov və rayonun müvafiq idarələ və müəssisə rəhbərləri, polis əməkdaşları və ictimaiyyət nümayəndələri gəlib.
A.Manafov açıqlamasında bildirib ki, yanğının yaranma səbəbi ilkin ehtimallara görə ehtiyatsızlıq və məsuliyyətsizlik olub:
“Yanan ərazi təqribən 700-800 ha ərazini əhatə edib. Buraya meşə-kolluq və biçənək sahələri daxildir. Yanğının söndürülməsi üçün əraziyə bir neçə rayonun yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Bununla yanaşı 2 helekopter və yerli sakinlər yanğının söndürülməsi istiqamətində fəal iştirak edir. Yanğının yaranma səbəbləri araşdırılır”.
Son xəbərlər
Son Xəbərlər