Qubernator 400 min avro rüşvət aldığı yerdə tutuldu - Fotolar

qubernator-400-min-avro-rusvet-aldigi-yerde-tutuldu
Oxunma sayı: 3826

Kirov vilayətinin qubernatoru Nikita Belıxa vəzifəsindən sui-istifadə faktına görə cinayət işi açılıb.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, N. Belıx Moskvada restoranlardan birində “Novovyatskiy lıjnıy kombinat” və “Lesoxozyaystvennaya upravlyayuşaya kompaniya”nın rəhbərləri tərəfindən 400 min avro rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Onun 8 ildən 15 ilə qədər azadlıqdan məhrum olunması tələb olunur.

Qeyd edək ki, Nikita Belıx 2009-cu ildən Kirovun qubernatoru vəzifəsini icra edir.