Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi, baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 101 – ci sessiyası işinə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim mayın 30-u Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında turist gəmisinin qəzaya uğraması nətiəsində dünyasını dəyişənlərin ailələrinə baş sağlığı verib. Qəza ilə bağlı narahatlığını ifadə edən Baş Katib bu hadisəninin nəticələrinin araşdırılması və baş vermə səbəbləri ilə bağlı təqdim olunacaq hesabata diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb.
“Dəniz cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusu Baş Katib Kitak Limin təklifi ilə öz təsdiqini tapıb. Kitak Lim vurğulayıb ki, dəniz nəqliyyatı sahəsində gender bərabərliyinin qorunmasına, qadın və qızların sələhiyyətləndirilməsinə nail olmaq lazımdır.
Baş Katib Kitak Lim vurğulayıb ki, sessiyada Beynəlxalq Dəniz Təşkilatı qurumlarının qərarları müzakirə olunacaq, əsas hüquqi sənədlərə dəyişikliklər nəzərdən keçiriləcək.
Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcək.



Son xəbərlər
Son Xəbərlər