Qüdsdə Putinin adına olan pab “Zelenski”yə dəyişdirildi

qudsde-putinin-adina-olan-pab-zelenskiye-deyisdirildi
Oxunma sayı: 3708

Qüdsdə Rusiya Prezidenti Vladimir Putinin adına olan “Putin pub”ın adı dəyişdirilib. 

“Qafqazinfo” unian.net-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Maykl Brodski məlumat verib.

Onun sözlərinə görə, “Putin pub”ın adı dəyişdirilərək “Zelenskiy pub” olub. Belə ki, məkanın sahibləri bununla Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək olduqlarını bildiriblər.