Qüdsdə toqquşmalar, 200-dən çox xəsarət alan var - Video + Yenilənib

qudsde-toqqusmalar-200-den-cox-xesaret-alan-var
Oxunma sayı: 2581

Şərqi Qüdsdə iğtişaşlar baş qaldırıb.

Bu barədə “Qafqazinfo” “Jerusalem Post”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Məbəd dağında toqquşmalar fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında baş verib. Orada minlərlə müsəlman cümə namazına toplaşmışdı.

İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində 12 polis və 53 fələstinli xəsarət alıb.

İsrail sərhəd polisinin əməkdaşları vəziyyəti nəzarət altına götürmək üçün Dəməşq darvazalarını bağlayıblar.

***

Şərqi Qüdsdə İsrail polisi ilə toqquşmalar nəticəsində 200-ə yaxın fələstinli xəsarət alıb.

Bu barədə Fələstinin “WAFA” informasiya agentliyi xəbər verib.

Onun məlumatına görə, əsas toqquşmalar Əl-Aksa məscidi yaxınlığında baş verib. Polis fələstinlilərə qarşı güllələrdən, həmçinin yüngül qumbaralardan və gözyaşardıcı qazdan istifadə edib. Daha sonra 200-dən çox təhlükəsizlik işçisi məscidin həyətlərinə və örtülü ibadət zallarına hücum edib, dindarları zor gücünə Əl-Aksanı tərk etməyə məcbur ediblər.

Hazırda Şərqi Qüdsdə və onun yaxınlığındakı Şeyx-Cərrahda toqquşmalar davam edir. “WAFA”nın məlumatına görə, onlarla fələstinli saxlanılıb, 20-dən çoxu xəstəxanaya yerləşdirilib.