“Qul İzaura” serialının ulduzu vəfat etdi

qul-izaura-serialinin-ulduzu-vefat-etdi
Oxunma sayı: 1733

Məşhur braziliyalı aktyor İsaak Bardavid 90 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Globo.com”a istinadən xəbər verir ki, “Qul İzaura” serialındakı Fransisk obrazı ilə məşhurlaşan aktyorun ölümünə səbəb ağciyərləri ilə bağlı problem olub.

İ.Bardavid fevralın 1-də Braziliya xəstəxanalarının birində vəfat edib.

Aktyor “Qul İzaurada”n başqa onlarla film və serialda çəkilib, həmçinin dublyajda çalışıb.

“Qul İzaura” serialından kadr