Qulançarın faydalı xüsusiyyətləri

qulancarin-faydali-xususiyyetleri
Oxunma sayı: 5679

Qulançar ən faydalı tərəvəzlərdən biri sayılır. O bir sıra xəstəliklərin qarşısının alınması üçün tövsiyə olunur.

“Qafqazinfo” “MedicForum”a istinadən qulançarın bəzi faydalı xüsusiyyətlərini təqdim edir.

Qulançarın tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dərimizdə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var.

Qulançar sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əla mənbəyidir. Bu tərəvəz diabet riskini azaldır. Qulançarın tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir. Böyüklərin əksəriyyəti qulançardan gündə 150 qram folik turşusunun tövsiyə olunan dozasını alır.

Qulançar müntəzəm alkoqollu içkilərin qaraciyərə zərərini azaldır. Bişmiş qulançar, həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Qulançar, həzm sistemindəki faydalı bakteriyaların sayını artıran prebiyotik adlandırıla bilər.