Quldurlar qadının əl-ayağını bağladı - Qarət

quldurlar-qadinin-el-ayagini-bagladi-
Oxunma sayı: 1464

Şəmkirdə Rusiya əsilli qadın maskalıların hücumuna məruz qalıb.

“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, quldurlar Vera Məmmədovanın xeyli miqdarda qızıl-zinət əşaylarını, mobil telefonunu və nağd pulunu ələ keçirərək qaçıblar. Düzqışlaq kəndində yaşayan Vera Məmmədova deyir ki, maskalı şəxslər pəncərəni sındırmaqla evə giriblər.

Pəncərənin küləyin təsirindən sındığını düşünən qadın ayaq səsləri eşidincə yataq otağından foyeyə çıxmaq istəyib. Lakin quldurlar əl-qolunu və ağzını bağladıqları Vera Məmmədovaya soyuq silahla hədə-qorxu gələrək pul və qızıl tələb ediblər. Qorxaraq əlacsız qalan qadın, 3 min manat dəyərində qızıl-zinət əşyasını və 130 manat nağd pulu həmin şəxslərdən birinə verib.

Qadından polisə məlumat verməməyi də tələb edən quldurlar Vera Məmmədovaya məxsus mobil telefonu da sındıraraq özləri ilə götürüblər. Qadın hadisədən bir neçə saat sonra ətrafda yaşayanların köməkliyi ilə polisi xəbərdar edib. Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib və qadının ifadəsini alıb. Şöbədən verilən məlumata görə, Vera Məmmədovaya qarşı quldurluq edən şəxslərin tutulması istiqamətində əməliyyat -axtarış tədbirləri davam etdirilir.