Quldurluqda təqsirləndirilənə hökm oxundu

quldurluqda-teqsirlendirilene-hokm-oxundu
Oxunma sayı: 673

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qusar rayon sakini Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Anar Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Məhərrəmov ötən ilin dekabrın 17-də rayon sakini Rizvan Əfəndiyevə məxsus evə basqın edib. O, ev sahibinin oğlu Abdulheyə zor tətbiq edib, oradan 720 manat və qızıl əşyalar aparıb. Anar Məhərrəmov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

Murad Əhməd