Quliyev və Yusifov rəsmən “Neftçi”də

quliyev-ve-yusifov-resmen-neftcide
Oxunma sayı: 637

"Neftçi” klubunda növbəti iki yeni təyinatını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Kamal Quliyev "Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

Quliyev 1997-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş millimizin sabiq üzvü 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib. Yusifov isə 2005-2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.