Bu gün Yasamal rayon məhkəməsində AzTV sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.Alışanovun vəkili vəsatət verərək Qulu Məhərrəmlinin müsahibə zamanı işlətdiyi ifadələr barədə linqvistik ekspertiza təyin olunmasını istəyib.
A.Alışanovun vəsatəti təmin edilib və ekspertiza təyin edilib.
Məhkəmə prosesi ekspertizanın nəticələri müəyyən olunan müddətə qədər qeyri-müəyyən tarixə təxirə salınıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər