Qumar borcuna görə qətl törətdi - Foto

qumar-borcuna-gore-qetl-toretdi
Oxunma sayı: 6819

Ötən axşam Bakıda 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin tanışı tərəfindən öldürülməsi barədə xəbər vermişdik.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, B.Quliyevi qətlə yetirən 1984-cü il təvəllüdlü Rabil Qasımov hadisəni qumar borcu üstündə törədib.

Belə ki, Bəhruz qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil onu bıçaqlayıb. Hadisə Memar Əcəmi metrostansiyasının yaxınlığında baş verib.

Faktla bağlı cinayət işi başlanıb. Rabil Qasımov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

“Qafqazinfo” ölən şəxsin fotosunu əldə edib.

Amin Nəzərli