Ukraynanın Poltava şəhərində polisin saxlamağa çalışdığı adam özünü qumbara ilə partlatmaqla hədələyir.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda Polatava polisi onunla danışıqlar aparır. "Poltavada polis qumbara partlatmaqla hədələyən bir cinayətkarın tutulması üçün tədbirlər görür",-deyə bölgə polisi Facebook səhifəsində açıqlama verib.
Qeyd olunur ki, Ostap Vişnı küçəsində nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsində şübhəli bilinən şəxsin tutulması üçün xüsusi əməliyyat aparılır. "Cinayət məsuliyyətindən yayınmağa çalışan şəxs müqavimət göstərir və polis əməkdaşlarını qumbara ilə hədələyir. Onunla danışıqlar aparılır",-deyə açıqlamada bildirilib.
Partlayıcı qurğular üzrə mütəxəssislər, istintaq-əməliyyat qrupu, regional polis və Poltava polisinin cinayət-axtarış şöbəsinin və digər xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
"Vətəndaşlardan və sürücülərdən son dərəcə diqqətli olmalarını və xüsusi əməliyyat ərazisini uzaqdan keçmələrini xahiş edirik! Təhlükəsizliyiniz üçün hadisələrin episentrindən mümkün qədər uzaq olun",-deyə polisin müraciətində bildiriib.
***
Hazırda cinayətkar Poltava VilayətiMilli Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisini girov götürərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təmin edilmiş avtomobildə Kiyev istiqamətində hərəkət edir. Onu polis əməkdaşları müşayiət edir.
Son xəbərlər
Son Xəbərlər