“Qumda da oynasaq, qalib gəlməliyik”

qumda-da-oynasaq-qalib-gelmeliyik-
Oxunma sayı: 900


“Qafqazinfo” xəbər verir ki, bu sözləri qol.az-a “Qarabağ”ın futbolçusu Muarem Muarem Azərbaycan kubokunun yarımfinalında “Simurq”la qalib gəldikləri görüşdən (1:0) sonra deyib.

Makedoniyalı yarımmüdafiəçi qeyd edib ki, Zaqatala təmsilçisi ilə ikinci oyun çətin keçəcək:

“Çalışacağıq ki, cavab qarşılaşmasına yaxşı hazırlaşaq. Çünki ardıcıl olaraq bir komandayla 3 oyun keçirmək biraz çətindir”.

M.Muaremin sözlərinə görə, suni meydançada oynamaları onlar üçün problem olmamalıdır:

“Qumda da oynasaq, qalib gəlməliyik”.

M.Muarem onu da qeyd edib ki, baş məşqçi Qurban Qurbanovun qərarı ilə oyuna sonradan daxil olub: “Baş məşqçimizə hörmət edirik. Oyuna daxil olanda bizə təlimatlarını verdi və buna uyğun oynadıq”.