"Qafqazinfo” xəbər verir ki, özünün "Facebook" səhifəsində yazdığı növbəti statusunda "Neftçi"nin Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Albaniyaya səfəri zamanı baş verən maraqlı hadisəni xatırladıb: "Albaniyada "Skenderbeu” ilə cavab matçından bir gün öncə, qaldığımız otelin həyətində çay içirdik. Tahir Süleymanova dedim ki, sabah Ağdamın işğalının 20 ili tamam olur. Bəlkə məsələ qaldıraq, stadionda 1 dəqiqəlik sükut elan olunsun? Tahir müəllimin cavabı qısa oldu: "Başını yorma, UEFA buna icazə verməz! Sən UEFA-nın qaydalarını bilirsən. Siyasi məsələlərə çox həssas yanaşırlar". Dedim, Tahir müəllim, bəlkə cəhd edək? O dönəmdə klub prezidenti olmuş Sadıq Sadıqovun razılığını aldıqdan sonra işə başladıq.
Hazırda klubda çalışan tərcüməçimiz Qədir Həsənovla birlikdə UEFA nümayəndəsi, slovakiyalı Riçard Havrillanın qarşısında necə ağladıqsa, ürəyi yumşaldı və 1 dəqiqəlik sükuta, eləcə də 4 cümləlik mətnin stadionda 3 dildə (azərbaycan, ingilis və alban dillərində) səsləndirilməsinə icazə verdi. "Neftçi” bunu bacarmışdı! Çempionlar liqasının təsnifat oyununda! Əslində bunu Gürcüstanda "Çixura” ilə matçda da etməli idik. Xatırlayırsınızsa, o ərəfədə döyüşlər qızışmışdı və bir neçə əsgərimiz şəhid olmuşdu... Bütün təzyiqlərə baxmayaraq, həmin oyunda da bir dəqiqəlik sükutu razılaşdırmışdıq. Amma və lakin matçın başlamasına bir neçə saat qalmış sapı özümüzdən olan baltalar bunu əngəllədilər. Kim? Hələlik bu məndə qalsın...
P.S. Yadıma düşmürdü heç. Sağ olsun, Tahir müəllim xatırlatdı..."
Son xəbərlər
Son Xəbərlər