"1 milyon əsgərim var, istəsəm 2 günə Kievi tutaram" - - Putin

quot1-milyon-esgerim-var-istesem-2-gune-kievi-tutaramquot-
Oxunma sayı: 3204


“Qafqazinfo” xəbər verir ki, The Financial Times-ın yazdığına görə, saziş imzalanmayacağı təqdirdə Poroşenko Putini rus hərbçilərinin Ukraynanın şərqində döyüşdüyünü sübut edəcək faktları gün işığına çıxarmaqla hədələyib. Belə ki, Poroşenko Ukraynada ölən və ya əsir götürülən yüzlərlə rus əsgərinin nişanlarını mətbuata ötürəcəyini bildirərək Putini şantaj edib. 

Minksdə görüş zamanı Putin Ukraynada rus qoşunlarının olmadığına həmkarını inandırmağa, Poroşenko isə Putini saziş imzalamağa razı salmağa çalışıb. Putin bildirib ki, onun sərəncamında 1,2 milyon əsgər var və onlar istəsələr iki günə Kievi də, istənilən Avropa İttifaqı və NATO ölkələrinin paytaxtını tuta bilərlər. 

Qərb diplomatlarından biri isə bildirib ki, Minskdə görüş zamanı Poroşenko sülh və ya qələbə qazana bilməyəcəyi təqdirdə iki günə postunu itirə biləcəyindən qorxmuşdu. Bu səbəbdən döyüşlər dayanmayacağı təqdirdə Putini təhdid edərək internetə rus əsgərlərin nişanlarını qoyacağını, həmçinin onların ailələri ilə əlaqə saxlayacağını bildirmişdi.
Financial Times materialı nazirlər, Aİ məmurları, diplomatlar və 10-dan çox ölkənin rəsmi şəxsləri ilə söhbətlər əsasında hazırladığını qeyd edib.