21 yaşlı hücumçu Azərbaycan və Rusiya kimi ölkələrdə gənc futbolçular üçün pesrpektiv olmadığını deyib. Forvard həmyaşıdlarına həmin ölkələrə getməməyi məsləhət görüb. O, jurnalistin "Hansı ölkələrə getmək istəyərdiniz?" sualını bu cür cavablandırıb:"Hollandiya, Avstriya, Almaniya və Belçikada gənc futbolçular üçün yaxşı perspektiv var. Orada daha yaxşı inkişaf edə bilərik. Lakin Şərqə - Azərbaycan və Rusiya kimi ölkələrə heç vaxt getmərəm. Orada gənç futbolçular üçün heç bir perspektiv yoxdu. Mənim də hazırda 21 yaşım və bu addımı atmaram".
Qeyd edək ki, hazırda "Olimpiya" klubuna məxsus olan hücumçu ölkəsinin U-21 millisində də çıxış edir.
Son xəbərlər
Son Xəbərlər