“Qafqazinfo” xəbər verir ki, "Azərkosmos"dan Trend-ə verilən məlumata görə, "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ЧП INFO" kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.
Qafqazda yegane peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Son xəbərlər
Son Xəbərlər