"Çıxış yolu növbədənkənar prezident seçkilərinin keçirilməsidir" - Vəfa Quluzadə

quotcixis-yolu-novbedenkenar-prezident-seckilerinin-kecirilmesidirquot
Oxunma sayı: 2317


“Qafqazinfo”  bunu  Avropa.info-ya  açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

Onun sözlərinə görə, bunun başqa yolu isə vətəndaş müharibəsidir: “Çünki  Yanukoviç xalqı aldadıb Avropaya inteqrasiyasına söz versə də, sonda bu mövqeyindən geri çəkilib tamamilə fərqli mövqe nümayiş etdirdi və Rusiyaya doğru üz tutdu. Bu da ölkədə etirazlara səbəb olub. Bunun da səbəbkarı Yanukoviç və onun komandasıdır”.

Politoloq bildirib ki, hətta Yanukoviç silah gücünə də öz hakimiyyətini qoruyub saxlaya bilməyəcək, onu devirəcəklər.

Ukraynadakı hadisələr digər postsovet ölkələrinə keçmə ehtimali ilə bağlı firklərə mövqeyini bildirən politoloq bildirdirib ki, hər bir ölkənin öz reallığı var: “Ukrayanın öz reallığı, digər MDB ölkələrinin hərəsinin isə öz reallıqları var. Ukraynada baş verənlər üçün gərək bu ölkənin tarixinə baxasan. Onda görərik ki, bu ölkədə 1960-ci illərədək müstəqillik uğrunda mübarizə aparıblar. Ondan sonra SSRİ-yə qarşı silahlı müqavimət göstərənlər məxfi fəaliyyətə keçdi və onaların Ukrayna meşələrində silah anbarları var idi. Ona görə də Ukraynadakı reallıq digərlərindən ciddi surətdə fərqlənir. Bu baxımdan bu ölkədə baş verənləri digər MDB ölkələrinə yayılacağı ilə bağlı deyilən fikirləri düzgün yanaşma hesab etmirəm.”

Politoloq onu da əlavə etdi ki, hər bir ölkənin öz inkişaf imkanları var və buna uyğun da inkişaf etməlidir: “Uzun müddətli durğunluq ölkədə mümükün deyil. Bu sonda cəmiyyətdə partlayışa səbəb olur. Odur ki, hər bir ölkə cəmiyyətdə partlayışın olmasını istəmirsə o zaman mütəmadi olaraq islahatlar aparmalı və cəmiyyət inkişaf etməldir. Əks təqdirdə cəmiyyətdəki sosial partlayışıalr qaçılmaz olur”.