"Qafqazinfo"ya daxil olan məlumata görə, bu barədə İçəri şəhər "Cümə məscidi" dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli məlumat verib.
O bildirib ki, artıq ənənə halına çevrilmiş bu mövlud tarixinin qeyd olunması ilə bağlı məsciddə müvafiq hazırlıq işləri görülüb. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, bir sıra səfirliklərin, dini icmaların, ictimaiyyətin nümayəndələrinin və qonaqların iştirakı nəzərdə tutulub.
Tədbirdə Hz. Əli (ə)-yə həsr olunmuş film göstəriləcək, onun həyatından danışılacaq, «Əhli Beyt» və s. qruplar, tanınmış din xadimləri, alimlər çıxış edəcəklər.
Son xəbərlər
Son Xəbərlər