"Əsrin müqaviləsi" BDU-da qeyd olundu

quotesrin-muqavilesiquot-bdu-da-qeyd-olundu
Oxunma sayı: 906


“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq 1994-cü ilin sentyabrın 20-də dünyanın tanınmış şirkətləri ilə imzalanmış «Əsrin müqaviləsi» son 20 ildə ölkəmizin çağdaş tarixində əsl dönüş nöqtəsi olub. Bu müqavilənin imzalanmasından ötən illər ərzində ölkəmiz iqtisadi-siyasi sahədə daha da qüdrətlənib, dünyanın iqtisadi cəhətdən aparıcı dövlətlərindən birinə çevrilib, Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl rolunu oynayıb. 

ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və akademik Ziyad Səmədzadənin da fikirlərini bölüşdüyü tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.