"Facebook" yeni xidmətini təqdim etdi

quotfacebookquot-yeni-xidmetini-teqdim-etdi
Oxunma sayı: 1104


“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, bu, insanlara bəyəndikləri paylaşımı qeyd edərək, istədikləri vaxt ona qayıtmaq imkanı verəcək. 

Bu düymə “Like” düyməsi ilə yanaşı yerləşdiriləcək. Saxlanılan materiallar arxivə göndəriləcək və avtomatik olaraq qruplaşdırılacaqlar. Bu siyahı yalnız hər istifadəçinin özü üçün çatımlı olacaq. 

Web kateqoriya kimi sözügedən sistem mobil versiyalar üçün də keçərlidir. Belə ki, iOS və Android istifadəçiləri asanlıqla xidmətdən yararlana bilərlər. 

1,23 milyarddan çox facebook istifadəçisi yaxın günlərdə bu xidməti səhifələrində görə biləcəklər.