“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yelisey sarayında keçirdiyi mətbuat konfransında president “Closer” adlı yerli dərgidə onunla bağlı yayımlanan xəbərin şəxsi həyatına qarşı hörmətsizlik olduğunu bildirib. Eyni zamanda, Olland jurnalda dərc olunan xəbəri təkzib də etməyib: “Hər kəsin şəxsi həyatında problemlər, sıxıntılı anlar ola bilər ki, hazırda bizim də həyatımızda belə bir durum var. Mənim bir prinsipim var. Şəxsi işlər tərəflərin məhrəmiyyətinə hörmət edilərək həll edilməlidir”.
Olland həmçinin etiraf edib ki, ölkədə “birinci ledi” statusu yoxdur: “Fransada “birinci ledi” statusu yoxdur və o, rəsmi olaraq heç vaxt olmayıb. Əvvəlki prezidentlərdən gəlmiş müvafiq praktika mövcuddur və bu da zamanla dəyişir”.
Fransalı jurnalistin “həyat yoldaşınız ABŞ-a edəcəyiniz rəsmi səfər first ledi olaraq gedəcəkmi?” sualına cavab olaraq prezident bildirib ki, bu məsələ ziyarətə qədər məlum olacaq. lakin prezident jurnalı məhkəməyə vermək niyyətində olmadığını da deyib.
Son xəbərlər
Son Xəbərlər