"İnter"dən çox üstün oynadıq, lakin..."- - Kunqu

quotinterquotden-cox-ustun-oynadiq-lakinquot-
Oxunma sayı: 1025


Laçi şəhərindəki matçdan sonra açıqlama verən ev sahibi komandanın baş məşqçisi Armando Kunqu evdəki heç-heçəni belə şərh edib: "Səhvlər futbolun bir parçasıdı və bu dəfə də yaşandı. İlk hissə bizim üstünlüyümüz şəraitində keçdi. Müdafiəmizdə səhv oldu və qapımızda qol görmək məcburiyyətində qaldıq. İstənilən kimi, hərəkət edə bilmədik və bu, problem yaratdı. Sözügedən kobud səhvlərlə bağlı narahatam. "Laçi" rəqibindən çox üstün oynadı və bu açıq-aşkar göründü. Lakin kobud səhvi də qeyd etməliyik. Rəqib heç nə etmədi. Onlar qapımıza bircə zərbə endirdi, o da qol oldu".